Elektrikli Hummer pikapı satışa çıxacaq

General Motors şirkəti 2022-ci ildə Hummer markalı avtomobillərin satışlarını bərpa edəcək.

Yenicag.az xəbər verir ki, Hummer markalı avtomobil tamamilə elektrikləşdirilmiş olacaq.

Elektrikli Hummer-in digər texniki özəllikləri barəsində hələ məlumat yoxdur.

Qeyd etmək lazımdır ki, General Motors şirkəti Hummer markalı avtomobillərin istehsalını 2010-cu ildə dayandırmışdı.

Ola bilər ki, elektrikli Hummer modeli məhdud sayda satışa çıxsın. Pikap Hummer modeli General Motors şirkətinin növbəti illərdə satışa çıxartmağa planlaşdırdığı bir sıra elektrikləşdirilmiş pikap modelləri arasında ilklərdən olacaq. Məlumata əsasən şirkət ayrıca Hummer markasını bərpa etmək niyyətində deyil.

Bunun yerinə bu marka GMC-nin (General Motors-un brendi) avtomobil modellərindən biri olacaq.

Qeyd etmək lazımdır ki, GMC isə öz növbəsində yük maşınları və off-road avtomobillərin istehsalı ilə məşğul olur. Məlumatda qeyd olunub ki, elektrikli Hummer modelinin reklam olunması üçün General Motors məşhur baketbolçu Lebron James-i işə cəlb edib.

Məlumata əsasən elektrikli Hummer-in ilk reklam videosu artıq gələn ay təqdim ediləcək./Technote/