!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elektron vətəndaş proqramının üstünlükləri: Azay Quliyev yeni sistemin tətbiqini dəyərləndirib – FOTO/VİDEO

!Reklam – Yazi

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən “Səlis elektron vətəndaş proqramının tətbiqi”nə dair brifinq keçirilib.

Yenicag.az xəbər verir ki, tədbiri çıxış sözü ilə açan Şura sədri, millət vəkili Azay Quliyev təqdim edilən sistem haqqında iştirakçıları ətraflı məlumatlandırıb. Millət vəkilinin sözlərinə görə, layihələrin qiymətləndirilməsində ekspertlərlə yanaşı, vətəndaşların da iştirakına şərait yaradılmasında əsas məqsəd, aşkarlığın qorunması və dövlət vəsaitlərinin xərclənməsi prosesində şəffaflığın təmin edilməsi olub.

O, əlavə edib ki, “Elektron vətəndaş proqramı”nın ilk dəfə tətbiq edilməsinə baxmayaraq, nəticə kifayət qədər uğurlu alınıb. Şura sədrinin məlumatına əsasən, layihələrin qiymətləndirilməsi üçün müəyyənləşdirilən 21 gün ərzində 265 rəy daxil olub və onların 11-i texniki səbəblərdən qəbul edilməyib.

Azay Quliyev brifinqdə Yenicag.az əməkdaşının “Səlis” proqramı haqda sualını da cavablandıraraq, həmin sistemin yeni olduğunu və gələcəkdə daha da təkmilləşdiriləcəyini deyib.

Azay Quliyev təqdim edilən sistemin yeni olduğunu vurğulayaraq, gələcəkdə daha da təkmilləşdiriləcəyini bildirib.

Firuz Asanov
Aqil Bəkir

www.yenicag.az

1092
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv