!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elektron vizaların verilməsində dəyişiklik edildi

!Reklam – Yazi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Yenicag.az xəbər verir ki, sənədlə elektron vizaların verilməsində dəyişiklik edilib.

Belə ki, birdəfəlik və ya çoxdəfəlik elektron vizanın verilməsi ilə bağlı müraciət qəbul edildikdən sonra ən geci 3 iş günü müddətində, birdəfəlik elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə ən geci 3 saat ərzində, birdəfəlik elektron vizanın Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında alınması üçün müraciət edildikdə isə real vaxt rejimində “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahıları üzrə yoxlama aparılır, imtina üçün əsas olmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada viza verilir. Viza verilməsindən imtina edildikdə, müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndərilir.

www.yenicag.az

529
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv