Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Elektron xidmətlərin hərraclarda iştirakı sadələşdirilib – Əli Abdullayev

12607326_10205578768728192_1579863272_n

Azərbaycanda dövlət əmlakının özəlləşdiriliməsində hərracların rolunu qeyd etmək artıqdır. Özəllləşdirmə prosesi başlanandan indiyədək minlərlə ölkə vətəndaşı Əmlak Məsələri Dövlət Komitəsinin hərracların Təşkili üzrə Auksion Mərkəzində təşkil olunan çek və pul hərraclarında iştirak etməklə bu prosesdən faydalanıb və müxtəlif şirkətlərin səhmdarı və ya əmlak sahiblərinə çevriliblər. Dövlət qurumlarının işində səmərəliliyinin artırılması və təkmilləşmə prosesi Auksion Mərkəzinin fəaliyyətinə də təsir edib. Yeni elektron xidmətlərin tətbiqi nəticəsində hərraclara artıq internet vasitəsilə də qatılmaq da mümkündür. Hərracların Təşkili üzrə Auksion Mərkəsinin fəaliyyəti işi ilə bağlı “Daşınmaz əmlak”ın suallarına Mərkəzin direktoru Əli Abdullayev cavab verir.

–        Əli müəllim, Hərracların Təşkili üzrə Auksion Mərkəzində hazırda hansı hərraclar keçirillir?

–        Auksion Mərkəzində hərracların keçirilməsi “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi haqqında Əsasnamə” və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı” ilə tənzimlənir. Bu sənədlərə əsasən Mərkəzdə:

  • özəlləşdirmə prosesində kiçik dövlət müəssisə və obyektlərinin və dövlət müəssisələrinin bazasında yaradılmış səhmdar cəmiyyətlərinin (SC) səhmlərinin əmək kollektivinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı,
  • özəlləşdirmə prosesində dövlət müəssisə və obyektlərinin və dövlət müəssisələrinin bazasında yaradılan SC-in ixtisaslaşdırılmış pul hərraclarında satışı,
  • özəlləşdirmə prosesində dövlət müəssisə və obyektlərinin, habelə dövlət müəssisələrinin bazasında yaradılan SC-in səhmlərinin pul hərracları vasitəsilə satışının və eyni zamanda müştərək müəssisələrinin nizamnamə kapitalının dövlətə məxsus payların satışı,
  • respublika üzrə hərraca çıxarılan obyektlərin (kiçik dövlət müəssisələri, istifadəsi qeyri-yaşayış sahələri, başa çatdırılmamış tikililər, obyektlərin yerləşdiyi torpaq sahələri, nəqliyyat vasitələri, qurğu, avadanlıqlar) hərraclarda satışı təşkil olunur.

Bundan başqa Auksion Mərkəzində “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın hərraca çıxarılması və hərracda satılması barədə Təlimata uyğun olaraq müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın, müəyyən olunmuş hallarda borclara görə üzərinə həbs qoyulmuş dövlət əmkakının hərraclar vasitəsillə satışı da həyata keçirilir.

–        Ötən ilin və bu ilin ilk 3 ayının nəticlərinə görə neçə hərrac keçirilib? Bu hərraclara neçə iştirakçı qatılıb?

–        Auksion Mərkəzində 2012-ci ildə 2 ixtisaslaşdırılmış pul hərracı keçirilib, hərraclarda 146 nəfər səhm sahibi olub. Bundan başqa ötən il əmək kollektivinə və onlara bərabər tutulan şəxslərə güzəştli satış üzrə 8 SC-də və 87 kiçik dövlət müəssisələrində (KDM) güzəştli satış keçirilib, uyğun olaraq 172 nəfər kollektiv üzvü səhm sahibi, 219 nəfər əmək kollektivi üzvü mülkiyyətçi olub.

2013-cü ilin I rübündə 33 kiçik dövlət müəssisələri üzrə güzəştli satış nəticəsində 97 nəfər əmək kollektivi üzvü mülkiyyətçi olub. Ümumilikdə bu ilin birinci rübündə 8 SC və 120 KDM üzrə keçirilmiş güzəştli satışda 488 nəfər əmək kolektivi üzvü iştirak edib.

Səhmdar cəmiyyətlərinin səhmlərinin (səhmlərin 30 faizinin) pul hərracı vasitəsilə satışı üzrə 2012-ci ildə keçirlən 21 hərracda 24 nəfər iştirak edərək qalib olub.

“….. Elektron xidmətin tətbiqi ilə vətəndaşların Hərracların Təşkili üzrə Auksion Mərkəzinə

gəlmədən istənilən yerdən, vaxt itkisi olmadan sifariş vermələri mümkün olur və məmur-vətəndaş təmasına ehtiyac qalmır….”

Respublika üzrə hərraca çıxarılan obyeklərin (kiçik dövlət müəssisələri, istifadəsi qeyri-yaşayış sahələri, başa çatdırılmamış tikililər, obyektlərin yerləşdiyi torpaq sahələri, nəqliyyat vasitələri, qurğu, avadanlıqlar) hərraclarda satışı üzrə 2012-ci ildə 148 hərrac keçirilib. Bu hərraclarda 396 fiziki və hüquqi şəxs iştirak edərək qalib olub. 2013-cü ilin I rübü ərzində isə 37 belə hərrac keçirilib. 110 şəxs (107 fiziki şəxs və 3 hüquqi şəxs) iştirak edərək qalib olub.

Müsadirə edilmiş, sahibsiz qalmlş, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın satışı üzrə 2012-ci ildə keçirlən 8 hərracda 16 nəfər iştirak edərək qalib olub. 2013-cü ilin I rübü ərzində isə 1 hərrac keçirilib, 3 nəfər iştirak edərək qalib olub.

–        Hərraclara qatılmaq istəyənlər Mərkəzin təqdim etdiyi hansı elektron xidmətlərdən faydalana billərlər?

–        Artıq vətəndaşlarımızın və hüquqi və fiziki şəxlərin Auksion Mərkəzində təşkil olunan hərraclara qatrılmaq üçün elektron xidmətlərdən faydalana bilərlər. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanının icrası ilə əlaqədar Hərracların Təşkili üzrə Auksion Mərkəzi aşağıdakı electron xidmətləri təqdim edir:

  • Nəqliyyat vasitələrinin və avadanlıqların hərraclarda satışı üzrə elektron formada sifarişlərin qəbulu
  • Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakların satışı üzrə elektron formada sifarişlərin qəbulu

Elektron xidmətlər nəqliyyat vasitələrinin, avadanlıqların və müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın satışının həyata keçirilməsi məqsədilə təşkil edilən hərraclarda hüquqi və fiziki şəxslərin iştirakının təmin olunması üçün elektron formada qeydə alınması, sifarişlərin verilməsi, seçdiyi əmlakın ilkin dəyərinin 10 faiz həcmində behin “Qolden Pay” internet ödəniş sistemi vasitəsilə ödənilməsini əhatə edir.

–        Elektron xidmətlərin tətbiq edilməsi nəticəsində hərracda iştirakı necə asanlaşdırıb?

–        Elektron xidmətin tətbiqi ilə vətəndaşların Hərraclarının Təşkili üzrə Auksion Mərkəzinə gəlmədən istənilən yerdən, vaxt itkisi olmadan sifariş vermələri mümkün olur və məmur-vətəndaş təmasına ehtiyac qalmır. Sifarişlərin daha şəffaf və qərəzsiz qəbulu təmin olunur ki, bu da istifadəçilərin fərdi xərclərinin azaldılmasına və şəxsi rahatlığın təmin edilməsinə imkan verir.

–        Dövlət əmlakının və müəssisələrin özəlləşdirmə ilə bağlı hərraclara əhalinin marağı necədir?

–        Mərkəz tərəfindən keçirilən hərraclarda vətəndaşların bərabərhüquqlu iştirakını təmin etmək məqsədilə səhmləri hərraca çıxarılmış səhmdar cəmiyyətlərinin emissiya prospektləri ilə tanış olmaq üçün vətəndaşlara şərait yaradılıb. Hərraclar zamanı nümayiş lövhələrində və elektron tablolarda səhmləri satışa cıxarılmış səhmdar cəmiyyətlərinin əsas göstəriciləri haqqında məlumatlar hazırlanıb. Bundan başqa Mərkəz tərəfindən keçirilən hərraclar və hərracların nəticələri barədə məlumatlar ƏMDK-nin rəsmi mətbu orqanı olan “Mülkiyyət” qəzetində dərc olunur, eyni zamanda məlumatlar mütəmadi olaraq Mərkəzin internet saytında yerləşdirilir. Digər tərəfdən Mərkəzdə vətəndaşların hərraclara aid daha ətraflı şəkildə məlumat əldə ediməsini təmin etmək üçün 566-07-44 nömrəli “qaynar xətt” fəaliyyət göstərir. “Qaynar xətt” vasitəsilə hərraclarla bağlı müraciət edən vətəndaşlara ətraflı məlumat verilir. Dövr ərzində Mərkəzin   “qaynar xətt”inə 191 müraciət daxil olub. Müraciət edən vətəndaşların sualları əsaslandırılmış şəkildə cavablandırılır.

“… Elektron xidmətin tətbiqi ilə əlaqədar olaraq elektron təqdimat və internet saytın ingilis dili versiyası haqırlanıb.Maarifləndirmə və izahat işlərinin aparılması məqsədilə elektron xidmət haqqında məlumat çarxı, elektron xidmətlə bağlı məlumatlar və müvafiq sənəd nümunələriwww.auksion.az saytının müvafiq bölmələrində yerləşdirilib.

Elektron xidmətin tətbiqi ilə əlaqədar olaraq elektron təqdimat və internet saytın ingilis dili versiyası hazırlanıb. Maarfləndirmə və izahat işlərinin aparılması məqsədilə elektron xidmət haqqında məlumat çarxı, elektron xidmətlə bağlı məlumatlar və müvafiq sənəd nümunələri www.auksion.azsaytının müvafiq bölməsində yerləşdirilib. İnternet sayta ünvanlanmış suallar isə ətraflı şəkildə cavablandırılıır.

–        Özəlləşdirmə payları dövriyyədən çıxarılandan sonra ixtisaslaşdırılmış pul hərracları keçirilibmi? Bu hərraclara maraq necə olub?

Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2009-cu il tarixli 202 nömrəli Fərmanına əsasən 2010-cu ilin sonunda dövlət özəlləşdirmə paylarından istifadə müddəti başa çatıb. Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2010-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının ixtisaslaşdırılmış pul hərraclarında satışı Qaydaları”na əsasən həmin tarixdən sonra SC-in səhmlərinin ixtisaslaşdırılmış pul hərraclarında satışı həyata keçirilir. Bu günə qədər keçirilən 5 ixtisaslaşdırılmış pul hərracında 273 nəfər iştirak edib.

 

Yenicag.az

www.yenicag.az

406