Elektronik cihazların tullantılarından qızıl istehsal ediləcək

Böyük Britaniyanın kral zərbxanası elektronik cihazların tullantılarından qızıl hazırlayacaq.

Yenicag.az “Independent”ə istinadən xəbər verir ki, bu barədə zərbxana məlumat yayıb.

Bildirilib ki, yeni texnologiyalar syəsində elektornik tullantılardan 99,99 faiz saflıqda qızıl əldə ediləcək.

İldə 4 min tondan çox elektronik cihazın prosesə cəlb ediləcəyi qeyd olunur.