Ələt-Astara avtomobil yolunda QƏZA – ÖLƏN VAR

Ələt-Astara magistral avtomobil yolunda avtomobil aşıb.

Yenicag.az xəbər verir ki, hadisə yolun 101-ci kilometrliyində qeydə alınıb.

Qəza nəticəsində Füzuli rayon sakini 2001-ci il təvəllüdlü Əliyev Kənan Elşad oğlu ölüb.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.