Ələt-Astara yolunda avtomobil yandı

Salyan rayonunda minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Salyan rayonu (Ələt-Astara avtomobil yolunun 61-ci kilometrliyi) ərazisində “VAZ” markalı minik avtomobilinin salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.