!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ələt-Astara yolunda benzin daşıyan maşın aşdı

!Reklam – Yazi

169400_srcLənkəran şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Ələt-Astara magistralının Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

“Ford” markalı mikroavtobus yanacaqdaşıyan “ZİL” markalı maşınla toqquşub. Nəticədə “Ford”un sürücüsü ağır bədən xəsarətləri alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Hadisə zamanı yanacaqdaşıyan maşın aşıb və yanacaq ətrafa dağılıb. Ərazidə partlayış təhlükəsi yaranıb. Magistral yol bağlanıb, sürücülər alternativ – kənd ara yollarından istifadə etməklə hərəkətini davam etdiriblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

www.yenicag.az

661
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv