!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ələt-Astara yolunda qəza: 2 nəfər suda boğuldu

!Reklam – Yazi

134823_res_01Bu gün axşam saat 21 radələrində Ələt-Astara avtomobil yolunun Salyan şəhərindən keçən 57-ci km-də ağır yol nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org saytının Şirvan bürosunun hadisə yerindən verdiyi məlumata görə, Bakı istiqamətində hərəkətdə olan 10-MP-867 dövlət nömrə nişanlı “Kamaz” markalı avtomaşın qəfl idarəetməni itirərək Akquşa çayına düşüb.

Yük maşını sudan çıxarılsa da, avtomaşında olan sürücü və sərnişin tapılmayıb. İlkin araşdırma nəticəsində məlum olub ki, qəzaya uğramış “Kamaz” Qobustan sakini tərəfindən idarə olunub.

Hazırda FHN əməkdaşları qəza zamanı suda batmış sürücü və sərnişinin axtarışlarına başlayıblar.

www.yenicag.az

890
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv