Ələt-Qobustan dəmir yolu sökülür – Foto

скачанные файлы (1)Azərbaycan Dəmir Yollarında əsaslı təmiri prosesinin növbəti mərhələsinə start verilib. Bu haqda Modern.az saytına məlumat verən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov bildirib ki, Bakı-Böyük Kəsik istiqamətində 600 kilometr dəmir yolunun əsaslı təmir davam etdirilir:

“Artıq Biləcəri stansiyasında 1,5 km uzunluğunda baş yol əsaslı təmir olunub. Bu gündən isə Ələt-Qobustan mənzilində 12 km yolun əsaslı təmirinə başlanılıb. Əsaslı təmir işlərinin yeni yaradılan 5 saylı “İxtisaslaşmış Dəmir Yolu Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi həyata keçirir. Müəssisənin rəisi Rizvan Rzayevin verdiyi məlumata görə, səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb. Təmir işləri bir həftə davam edəcək”.

2015-ci il aprelin 14-də “Azərbaycan Dəmir Yollarının yenidən qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiyanın “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb.

Yenicag.az