Aparıcı Elgiz Əkbər ARB-nin “Səhər-səhər” verilişində qonağı olan müğənni Ramalı utandırıb.
Yenicag.az xəbər verir ki,o, şou-biznesin ən xəsis müğənnilərinin adlarını çəkib:
“Şou-biznesdə üç xəsis müğənni var, daş kimidirlər. Biri Əli Mirəliyev, biri Aslan, o biri də Ramal”.
Ramalın verilişdə qonaq olan atası oğlunun müdafiəsinə qalxaraq belə deyib: “Ramalın cibinə 10 min qoy, 10 dəqiqədən sonra yoxdu”.
Elgiz “mən görməmişəm” deyərək müğənnini pərt edib:
“Bu qədər toylara gedir, qazanır, amma xəsisdir”.
Müğənninin atasının cavabı özünü çox gözlətməyib: “Ona görə ki, oturub durmamısan”.
Ramal isə bu aparıcının bu iddiasını yalanlayıb: “Mən on nəfər dostumu yeməyə dəvət edirəmsə, onların hesabını özüm verirəm”.
O, şou-biznesdə əliaçıq müğənnilərin adlarını da sadalayıb:”Teymur Əmrah çox əliaçıq insandır. Sonra Nadir Qafarzadə, Cavanşir Məmmədov da əliaçıqdır”.
Nehru