Tanınmış aparıcı Elgiz Əkbər bəstəkar mahnılarında dəyişiklik edilməsinin xoş olmadığını bildirib.
Yenicag.az xəbər verir ki, “Səhər-Səhər” verilişinin aparıcısı qonağı olan müğənni Yaşar Yusubu “Cavanlığım” mahnısında etdiyi dəyişikliklərə görə tənqid edib:
“Mahnıda etdiyin yeniliklər adamda qıcıq yaradır”.
Elgiz bildirib ki, Emin Sabitoğlu kimi bəstəkarın mahnılarında belə dəyişikliklər etmək yolverilməzdir.