Elgizə əsəbiləşən əməkdar artist efirdə özündən çıxdı – VİDEO

Aparıcı Elgiz Əkbər ARB-nin “Səhər-səhər” verilişində qonağı olan əməkdar artist Sahib İbrahimovun xətrinə dəyib.

Yenicag.az xəbər verir ki, Elgiz şəxsi həyatı ilə bağlı danışmaq istəməyən müğənninin ünvanına kəskin fikirlər səsləndirib: “Siz jurnalistləri sevmirsiniz. Bir dəfə verilişimdə qonaq olanda mənə sərt təpki göstərdiniz. Dediniz ki, şəxsi həyatım barədə suallara icazə vermirəm. Özünüz bilərsiniz, bu sizin haqqınızdır. Övladınızın toyu barədə soruşmuşdum”.

Gözlənilməz iraddan pərt olan əməkdar artistin “üzü dönüb”: “Xeyr, yaxşı jurnalistlərə hörmətim var. Bəli, mən şəxsi həyatım barədə danışmağı sevmirəm”.

Həmin görüntünü təqdim edirik:

Nehru