Elgizin efirdə pərt etdiyi müğənni əsəbiləşdi – “İndi dava düşəcək” – VİDEO

Elgiz Əkbər ARB-nin “Səhər-səhər” verilişində qonaq olan müğənni Zemfira İbrahimovanı pərt edib.

Yenicag.az xəbər verir ki, Elgiz Zemfiranın əvvəlcə geyiminə söz atıb, daha sonra isə onu pərt edib:

“İndi qəşəng geyinmisən, xoşum gəldi, Türkiyəyə gedəndə o nə paltar idi geyinmişdin?

“Bu paltar söhbətini qurtar” deyən Zemfira əsəbiləşib.

Elgiz müğənnini bəstəkar Nailə Mirməmmədlinin doğum gününə niyə əliboş gəldiyini soruşub:

“Deyəcəm, indi dava düşəcək. Bu gün Nailə xanımın ad günüdür. Niyə bir çiçək alıb gətirməmisən. Sən ad günlərinə əliboş gedirsən? Dükanın biri bu yanda, biri o yanda”.

Nehru