Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Əli Abdullayev: “Elektron hərracların iştirakçıları artmaqdadır”

Azərbaycanda özəlləşdirmə İlə bağlı hərraclara elektron sifarişlər vasitəsilə qatılanların sayı artmaqdadır. Bu barədə “Dövlət əmlakının idarə edilməsi və hərracların təşkili: müasir yanaşmalar və elektron xidmətlər” mövzusunda keçirilən İctimai Təqdimatda ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin (HTAM) direktoru Əli Abdullayev deyib.

Onun sözlərinə görə, ölkə vətəndaşları dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərraclarda iştirak etmək üçün elektron sifarişlərdən getdikcə daha çox istifadə etməyə başlayıblar.

Xatırladaq ki, hərraclara qatılmaq üçün sifarişlərin elektron formada qəbulu Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) təqdim etdiyi elektron xidmətlərin vasitəsilə mümkündür.

Əli Abdullayev bildirib ki, özəlləşdirmə ilə bağlı hərraclara qatılanların və qalib gələnlərin əksəriyyəti elektron xidmətlərin istifadəçiləridir. Belə ki, müsadirə edilmiş və ya sahibsiz olduğuna görə dövlət mülkiyyətinə keçən əmlakların satışına dair hərraclarda elektron sifariş əsasında 216 dövlət mülkiyyətinə keçən əmlak satılıb. Ümumilikdə elektron xidmət istifadəyə veriləndən bəri bu hərrac növü üzrə qəbul edilmiş sifarişlər ümumi sifarişlərdə 75% paya malik olub: “2014-cü ilin mart ayından etibarən dövlətə məxsus avtomobillərin, maşın və avadanlıqların hərrac vasitəsilə satışına dair müraciətlərin və sənədlərin qəbulu üzrə elektron sifariş əsasında 65 müraciət qəbul edilib və 65 nəqliyyat vasitəsi satılıb

Onun sözlərinə görə, 2014-cü ilin may ayından isə orta və iri dövlət müəssisələrinin bazasında yaradılan SC-lərin səhmlərinin pul hərraclarında satışına dair sifarişlərin qəbulu üzrə 8 elektron sifariş əsasında 8 səhmdar cəmiyyətin səhmi satılıb: “Kiçik müəssisələrin hərracda satışına dair sifarişlərin qəbulu ilə bağlı 32 elektron sifariş əsasında isə 32 kiçik müəssisə satılıb”.

Başa çatdırılmamış tikililər kimi özəlləşdirilən obyektlərin hərracda satışına dair sifarişlərin qəbulu üzrə 8 elektron sifariş əsasında isə 8 yarımçıq tikili satılıb.

Ə.Abdullayev bildirib ki, ümumilikdə kiçik müəssisələrin özəlləşdirilməsinə dair keçirilmiş 43 hərracdan 36-sı (84%) elektron sifariş əsasında baş tutub. Səhmdar cəmiyyətlər üzrə bu nisbət 86% olub. “HTAN-la bağlı statistika göstərir ki, elektron xidmətlər üzrə sifarişlər əsasında 51 hərrac keçirilib, bu hərraclarda iştirakla bağlı 158 elektron sifariş qəbul edilib və bu da ümumi sifarişlərin 77%-ni təşkil edir. Vətəndaşlarımız elektron xidmətləri daha yaxşı mənimsədikcə qeyd etdiyim faiz nisbətləri daha da artacaq” – deyə Auksion Mərkəzinin rəhbəri bildirib.

 

www.yenicag.az

254