Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin idarə heyətinin sədri İsi Mustafayevə yeni müşavir təyin edilib.
Yenicag.az-ın “Qaynarinfo”ya istinadən məlumatına görə, Sübhan Kazımov 4 sentyabr 2024-cü il tarixindən idarə heyəti sədrinin müşaviri təyin olunub.
“Azərpoç” MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq İbrahimova məlumatı təsdiqləyib. Qeyd edək ki, ötən ay Sübhan Kazımov “Azərpoçt” MMC-nin idarə heyətinin üzvlüyündən azad edilib.
O, 2022-ci ilin may ayına qədər “Azərpoçt” MMC-nin baş direktorun müavini, sözügedən qurumda idarəetmə forması dəyişdikdən sonra idarə heytənin üzvü olub.
Xatırladaq ki, Sübhan Kazımov Yeni Azərbaycan Partiyasının və Milli Məclisin sədr müavini Əli Əhmədovun bacısı oğludur.