!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əli Əliyevin partiyasından ilk stefa xəbəri gəldi

!Reklam – Yazi

eli_eliyev_1Büllur Hümbətov: “Ola bilər yaxın zamanlarda partiyadan istefa barədə qərar qəbul edim”

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin müavini Büllur Hümbətov “Azadlıq-2015” siyasi partiyalar bloku tərəfindən irəli sürüldüyü və MSK -nin verdiyi səlahiyyətli nümayəndə statusundan imtina edib.

Yenicag.az-a açıqlamasında Büllur Hümbətov hətta VİP-dən  istefa verə biləcəyini də istisna etmədi: “Açığı atdığım bu addım VİP daxilində əksəriyyət tərəfindən yaxşı qarşılanmır. Bu addımıma irad bildirənlər də oldu. Amma atdığım bu addım seçki şousuna, MSK-nın müraciət olunan şikayətlərə laqeyd yanaşmasına, hansısa namizədin tərəfini saxlamalarına etiraz əlamətidir. Partiyada da bunu əslində düzgün anlamalıdırlar. Vəziyyət belə davam edəcəyi təqdirdə VİP-dən istefa vermək barədə də düşünəcəyəm. Çünki belə davam edə bilməz. Hər bir işin nəticəsi olmalıdır. Siyasi mübarizədə nəticə əldə etməyə imkan yoxdursa, onu davam etdirməyə də lüzum görmürəm. Ola bilər yaxın zamanlarda partiyadan istefa barədə qərar qəbul edim”.

ELÇİN

www.yenicag.az

646
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv