!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əli Əliyevin prezidentliyə namizədliyi irəli sürüldü

!Reklam – Yazi

Vətəndaş və İnkişaf Partiyası (VİP) Məclisinin dünən keçirilmiş iclasında 11 aprel növbədənkənar prezident seçkilərində iştirak haqqında qərar qəbul edilib.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı VİP mətbuat xidməti yayıb.

Məlumata görə, VİP Məclisi partiyanın ötən il mayın 28-də keçirilmiş IV Qurultayının qərarına uyğun olaraq, Əli Əliyevin prezidentliyə namizədliyini irəli sürüb.

Bundan başqa, Məclis seçki prosesinin gedişində qəbul edilməsi zəruri olan qərarların, o cümlədən, VİP namizədinin növbədənkənar seçkilərdə iştirakını dayandırmaq haqqında mümkün qərarlın qəbulu partiyanın Siyasi Şurasına həvalə edib.

Həmçinin qərara alınıb ki, Əliyev VİP-in 11 aprel seçkilərində iştirak zərurəti və özünün namizədliyinin irəli sürülməsini sərtləndirən amillər barəsində ictimaiyyət üçün açıqlama versin.

www.yenicag.az

4703
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv