Mayın 14-də Azərbaycanın Baş naziri Əli Əsədov Belarus Baş nazirinin müavini İqor Petrişenko ilə görüşüb.
Yenicag.az xəbər verir ki, görüşdə Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfərinin əhəmiyyəti qeyd edilib, səfərin iki ölkə arasında dostluq əlaqələrinin möhkəmlənməsinə yeni təkan verəcəyinə əminlik ifadə olunub.
Müzakirələr zamanı cari ilin iyun ayında Minskdə keçiriləcək Azərbaycan-Belarus hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının 14-cü iclasının əhəmiyyəti də vurğulanıb.
Görüşdə Azərbaycan ilə Belarus arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran sahələrdə gələcək qarşılıqlı fəaliyyət perspektivləri müzakirə olunub.