Əli Əsədov hesabat vermək üçün sabah Milli Məclisə gedəcək

Martın 15-də Azərbaycan hökuməti Milli Məclisə hesabat verəcək.

Yenicag.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatı parlamentin iclasında müzakirəyə çıxarılacaq.

Hesabatı Baş nazir Əli Əsədov təqdim edəcək. Həmçinin toplantıda hökumət üzvləri də iştirak edəcək. Onlar deputatların hesabatla bağlı qaldırdığı məsələlərə cavab verəcəklər.