Aprelin 10-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin ilə görüşüb.
Yenicag.az-ın məlumatına görə,bu barədə Nazirlər Kabinetindən bildirilib.
Verilən xəbərə görə, görüşdə Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında səmərəli əməkdaşlıq müsbət qiymətləndirilib, qarşılıqlı fəaliyyətin Azərbaycan-Rusiya münasibətlərinin inkişafındakı rolu qeyd edilib.