!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əli Əsədov kadr islahatlarına başladı - YENİLƏNİB

!Reklam – Yazi

Yeni Baş Nazir Əli Əsədovun Nazirlər Kabinetində kadr islahatları davam edir.

Yenicag.az xəbər verir ki, Ə.Əsədovun sərəncamı ilə Hikmət Xəlilov Nazirlər Kabinetinin İşlər müdiri təyin edilib.

Məlumata görə, kadr islahatları Nazirlər Kabinetinin digər şöbələrini də əhatə edəcək.

*** 09:32

Yeni təyin olunan Baş Nazir Əli Əsədov Nazirlər Kabinetində kadr islahatlarına başlayıb.

Yenicag.az-ın məlumata görə, Ə.Əsədovun müvafiq əmri ilə Nazirlər Kabinetinin İşlər müdiri Adil Əhmədov, Baş Nazirin köməkçiləri Tofiq Sarıcalinski və Natiq Əzizov vəzifələrindən azad ediliblər.

Həmin vəzifələrə hələlik yeni təyinat olmayıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin oktyabrın 8-də imzaladığı sərəncamla Əli Əsədov Baş Nazir təyin edilib./Report/

www.yenicag.az

5864
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv