Əli Əsədov Kobaxidze ilə regionda hansı məsələləri müzakirə etdi?

Baş nazir Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı yazıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetində təkbətək keçirilən görüşdə Əli Əsədov İrakli Kobaxidzeni 26 oktyabr parlament seçkilərində hakim komandanın qələbəsi və yenidən Baş nazir vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. Əli Əsədov qeyd edib ki, seçkilərin nəticələri gürcü xalqının iradəsini bir daha göstərdi.

Tərəflər Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının nəzərdə tutduğu əsas istiqamətlər və iki ölkənin iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının iclası çərçivəsində müzakirə olunacaq məsələlər barədə danışıblar.

Gürcüstan ilə Azərbaycan arasında müxtəlif sahələrdə sıx əməkdaşlığın inkişafının müsbət dinamikası qeyd edilib.

Regionda sülhün və sabitliyin vacibliyi vurğulanıb. Kobaxidze Gürcüstanın üçtərəfli dialoqa və regional əməkdaşlığın inkişafına kömək etməyə hazır olduğunu təsdiqləyib./unikal