Əli Əsədov Monteneqro parlamentinin sədri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov mayın 22-də Monteneqro parlamentinin sədri Daniyela Curoviçlə görüşüb.

Bu barədə Yenicag.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycanla Monteneqro arasında müxtəlif sahələrdə münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub.

İki ölkə arasında əlaqələrin hərtərəfli inkişafında parlamentlərin rolu yüksək qiymətləndirilib.

Görüşdə həmçinin Azərbaycan-Monteneqro qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olunub.