Azərbaycanın Baş naziri Əli Əsədov bu gün Pakistanın özəlləşdirmə, investisiya və kommunikasiya üzrə federal naziri Abdul Alim Xan ilə görüşüb.
Yenicag.az xəbər verir ki, görüşdə Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələrinin bütün sahələrdə dinamik inkişafından məmnunluq ifadə olundu.
Azərbaycan Prezidentinin ötən il Pakistana baş tutmuş dövlət səfəri nəticəsində dövlətlərarası münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu bildirildi.
Söhbət zamanı Azərbaycan-Pakistan strateji tərəfdaşlıq əlaqələrinin iqtisadiyyat, ticarət, sərmayələr və qarşılıqlı maraq doğuran digər sahələrdə inkişaf perspektivləri müzakirə olundu.