Azərbaycanın Baş naziri Əli Əsədov rusiyalı həmkarı Mixail Mişustinə ötən gecə “Krokus siti holl”da törədilən terror aktı ilə bağlı başsağlığı verib.
Nazirlər Kabinetindən Yenicag.az-a verilən məlumata görə Ə.Əsədov baş verən hadisə nəticəsində çoxlu sayda ölən və yaralanın olması xəbərindən kədərləndiyini bildirib.
Ə.Əsədov həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.