Əli Əsədov Türkiyənin vitse-prezidentini təbrik etdi

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyənin milli bayramı – Respublika Günü münasibətilə bu ölkənin vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb.

Bu barədə Yenicag.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Məktubda bildirilib ki, siyasi, iqtisadi, hərbi cəhətdən qüdrətli və sabit Türkiyə bu gün beynəlxalq arenada olduqca əhəmiyyətli yerə malikdir.

Xalqlarımızın ortaq tarixi və milli-mənəvi dəyərləri kimi möhkəm təməllər üzərində dayanan Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələri iki ölkə arasındakı birliyin və həmrəyliyin bariz ifadəsi kimi dəyərləndirilib.

Vurğulanıb ki, Azərbaycan qardaş Türkiyə ilə gündən-günə yeni məzmunla zənginləşən əməkdaşlığı və səmərəli fəaliyyəti bundan sonra da birgə səylərlə genişləndirmək və şaxələndirmək əzmindədir.