Əli Əsədov Türkiyəyə səfər edəcək – ÖZƏL

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfər edəcək.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, Əli Əsədov 18 fevralda – cümə axşamı günü Türkiyəyə səfər edəcək.

Əli Əsədov Ankarada bir sıra görüşlər gerçəkləşdirəcək və Mustafa Kamal Atatürkün məzarını – “Anıtkabir”i ziyarət edəcək.

Aqil Bəkir / Ankara