Əli Əsədovdan Təhsil Nazirliyi ilə bağlı QƏRAR

Nazirlər Kabineti Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısında dəyişiklik edib.

Yenicag.az xəbər verir ki, bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, Təhsil Nazirliyinin tabeliyində olan digər təşkilatlar bölməsinə Təhsil Tələbə Krediti Fondu əlavə olunub.