Əli Əsədovla Fuad Oktay arasında telefon danışığı baş tutdu

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə Cümhuriyyətinin vitse-prezidenti Fuad Oktayla telefonla danışıb.

Bu barədə Yenicag.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Söhbət zamanı Azərbaycan–Türkiyə hökumətlərarası komissiyanın fəaliyyətinə dair məsələlər, iqtisadi əlaqələrin indiki vəziyyəti və gələcək planlar haqda fikir mübadiləsi aparılıb.