Əli Hacının kitabı yenidən Almaniyada nəşr olundu

Əli Hacının “Üşüyürəm ürəyində yer elə” şeirlər kitabı Almaniyada yenidən çap olunub.

Yenicag.az xəbər verir ki, çap olunmuş kitab oxucular tərəfindən alınırsa, nəşriyyat oxucu təlabatını nəzərə alaraq kitabı yenidən çap etmək hüququ qazanır.

Yenidən çap olunmaq müəllifə uğur gətirən olaylardan biridir. Əli Hacı yaradıcılığındakı fəlsəfə və qeyri-adilik Azərbaycan və dünya ədəbiyyatında özünəməxsusluq və dərin idrakın məhsuludur.