Əli Həsənov Almaniyaya getdi – SƏHHƏTİ İLƏ BAĞLI

Prezidentin sabiq köməkçisi Əli Həsənov hazırda Almaniyadadır.

Yenicag.az xəbər verir ki, Əli Həsənov səhhətindəki problemlərlə bağlı bir müddət əvvəl əməliyyat olunduğu xəstəxanaya gedib.

Dəqiqləşən məlumata görə, Ə.Həsənov ürəyini müayinə etdirir.

Qeyd edək ki, bir müddət əvvəl Ə.Həsənov 53 yaşında 2 dəfə açıq ürək əməliyyatı keçirdiyini açıqlamışdı./Qaynarinfo/

COP29