!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əli Həsənov Beynəlxalq Media Forumu iştirakçılarını qəbul etdi - Fotolar - Yenilənir

!Reklam – Yazi

Sabah Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan milli mətbuatının yaranmasının 143 illiyi münasibətilə Türkiyə Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi, “Yeni Çağ” Media Qrupu, Mətbuat Şurası və Azərbaycan Türkiyə Evinin birgə təşkilatçılığı ilə Bakıda Beynəlxaq Media Forumu keçiriləcək.

Yenicag.az xəbər verir ki, forumda iştirak edəcək heyəti Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Əli Həsənov qəbul edib.

Əli Həsənov Azərbaycan ilə Türkiyə media qurumlarının əlaqələrindən bəhs edərək bildirib ki, dövlətlərimiz vahid mövqedən çıxış edirsə, diaspor təşkilatlarımız, səfirliklərimiz mütəmadi olaraq qarşılıqlı fəaliyyət göstərirlərsə, Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bütün məsələlərdə ölkələrimizin maraqlarından çıxış edərək vahid hədəflər uğrunda addımlar atırsa, bizim media orqanları da birgə fəaliyyət göstərməlidir:

“Jurnalistlər də iki ölkənin strategiyasına, dövlət başçılarının müəyyən etdiyi xəttə müvafiq olaraq, ulu öndərlər Mustafa Kamal Atatürk və Heydər Əliyevin əsasını qoyduqları təməl prinsiplərdən çıxış edərək ümumi maraqlarımızı bölüşməlidirlər. Azərbaycan və Türkiyə getdikcə modernləşərək mövcud strukturlarını, o cümlədən media strukturlarını buna uyğunlaşdırır. Amma jurnalistlər bir şeyi unutmamalıdırlar ki, hansı şəraitdə, hansı yeni vasitələrlə, maddi-mənəvi şəraitdə fəaliyyət göstərmələrindən asılı olmayaraq, hər iki dövlətin, hər iki xalqın maraqlarını nəzərə almalıdırlar, bu maraqların təmin olunmasına öz töhfələrini verməlidirlər”.

Sonda Prezidentin köməkçisi Əli Həsənov sabah keçiriləcək Beynəlxalq Media Forumunun fəaliyyətinə uğurlar arzulayıb.

Beynəlxalq Media Forumu 21 iyul 2018-ci il, saat 10:00-da, “Qafqaz Bakı” Hotelində öz işinə başlayacaq.

Qeyd edək ki, tədbirin təşkilatçılarından biri “Yeni Çağ” Media Qrupudur və bugünkü görüşdə Media Qrupunun rəhbəri Aqil Ələsgər də iştirak edib.

www.yenicag.az

2236
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv