!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əli Həsənov: ” Bu qayda Azərbaycanda yüksək dini tolerantlığın göstəricisidir”

!Reklam – Yazi

Azərbaycanda dini etiqad hər kəsin şəxsi işidir.

Yenicag.az-ın məlumatına görə, bunu Bakıda indoneziyalı jurnalistlərlə görüşü zamanı Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov deyib.

Ə.Həsənov həmçinin bildirib ki, Azərbaycanda azanın 500 metrdən uzaq məsafədən eşidilməməsi barədə qayda mövcuddur:

“Müsəlmanlar üçün duaya çağırış başqa dinlərə etiqad edənlərə mane olmamalıdır”.

Prezidentin köməkçisinin sözlərinə görə, bu qayda Azərbaycanda yüksək dini tolerantlığın göstəricisidir və ölkədə müsəlmanlar və digər dinlərin nümayəndələri bir-birlərinin işinə müdaxilə etmir.

Ə.Həsənov əlavə edib ki, Azərbaycanda dini etiqad hər kəsin şəxsi işidir:

“Biz kiminsə orucluq kimi bir dini ayini yerinə yetirib-yetirmədiyini bilmirik və bilməməliyik. Mən bilmirəm ki, mənim əməkdaşlarım oruc tutur, ya yox, onlara da mənim oruc tutub-tutmamağımı bilmək lazım deyil”./Trend/

www.yenicag.az

1553
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv