Reklam

Reklam

“Azərbaycanda söz və mətbuat azadlığı təmin olunub”.

Yenicag.az bildirir ki, Bunu Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında siyasi dialoq və islahatlar mövzusunda çıxış edən Azərbaycan prezidentinin ictimai-syiasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.

Ə. Həsənov deyib ki, Azərbaycanda istənilən şəxs müvafiq dövlət qurumıuna xəbərdarlıq edərək qəzet yarada bilər:

“Elektron sayt yaratmaq üçün isə domen almaq kifayətdir. Əhalinin 80 faizi internet istifadəçisidir. Sosial şəbəkə istfiadəçilərinin sayı 3 milyon nəfərdən artıqdır. 50-dən artıq televiziya və radio kanalı fəaliyyət göstərir. KİV-in sayı isə 5 min 100-ə çatıb. Prezident İlham Əliyev hesab edir ki,ölkədə siyasi islahatlar iqtisadi islahatlarla bərabər aparılmalıdır”.(APA)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1200
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    Click to Hide Advanced Floating Content