Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Əli Həsənov və ailə üzvləri Koronavirusla Mübarizə Fonduna vəsait köçürdülər

Azərbaycan Respublikası Prezidentinin sabiq köməkçisi Əli Həsənov və ailə üzvləri Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürüblər.

Yenicag.az xəbər verir ki, bu barədə Aznews.az saytının baş redaktoru Taleh Şahsuvarlı bildirib.

Onun sözlərinə görə, Əli Həsənov İdarəçilik Akademiyasının kafedra müdiri kimi 3 aylıq maaşını ianə edib.

Əli Həsənovun həyat yoldaşı Sona Vəliyeva başçılıq etdiyi “Kaspi” Təhsil Şirkətindən 10 min, Xətai Estetik Klinikasından isə 3 min manat köçürüb.

T. Şahsuvalı qeyd edib ki, Ə. Həsənovun oğlu Şamxal Həsənov da başçılıq etdiyi müəssisədən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 min manat vəsait ödəyib.

“Bundan başqa, həmin müəssisələrdə çalışan bütün əməkdaşlar – yüzlərlə insan öz maaşlarını son qəpiyinədək alacaqlar. Bu da dövlətə, xalqa, insanlara bu çətin günlərdə dəstəyin bir formasıdır”, – deyə T. Şahsuvarlı bildirib./Sfera.az/

www.yenicag.az

305