!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əli Həsənov: ""Virtual İŞİD" ilə Azərbaycanı Suriyaya çevirmək istəyirlər"

!Reklam – Yazi

Sosial şəbəkə ilə bağlı fikirlərini bildirən Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov qeyd edib ki, sosial şəbəkə artıq bizim həyatımıza daxil olub.

Yenicag.az xəbər verir ki, Əli Həsənov bildirib ki, sosial şəbəkələr idarə olunmur:

“İdarə olunmadığı üçün də problemlər yaranır. Azərbaycan hakimiyyəti sosial şəbəkələrə həmişə yaxşı münasibət bildirib. Bu gün prezident İlham Əliyev və digər vəzifəli şəxslər sosial şəbəkələrdə var və oradan öz fikirlərini insanlarla bölüşürlər. Azərbaycan hakimiyyətinin sosial şəbəkəyə pozitiv münasibəti digər qüvvələr tərəfindən fərqli istifadə edilir. Xaricdə yaşayan, ölkəmizdəki bəzi qruplar sosial şəbəkədə Azərbaycan və onun rəhbərliyinə qarşı çirkin kampaniya aparırlar.

Azərbaycanın daxilində oturub, çirkin söyüş müxalifətini dəstəkləyənlər, onların mənəviyyatsız əməllərini bəzi hakimiyyət dairələrinin adına yazaraq, Prezidentin komandasında qarşıdurma yaratmaq istəyənlər daha ziyanlı mənəviyyat sahibidirlər. Bu müzakirələrdən sonra əvvəllər barışdırıcı kimi görünməyə çalışanların çıxışlarında, təhlillərində bir həqiqət etiraf olunmağa başlayıb – hədəf sadəcə, Prezident və onun ailə üzvləri, komandası, o komanda üzvlərindən biri olan mən- Əli Həsənov deyil. Məqsəd Şərq mentalitetinin incəliyinə hesablanıb – hədəf birinci şəxsin və komandasının müsbət imicini zədələməklə, onlara qarşı kütləvi narazılıq ovqatı formalaşdırmaqla, komandadaxili qarşıdurma yaratmaqla ölkədəki mövcud sabitliyi pozmağa nail olmaqdır. Bu işin təşkilatçıları və icraçılarını Azərbaycanı suriyalaşdırmaq istəyən “virtual İŞİD” adlandırmaqda haqlı olduğum indi həmin qüvvələrin “ağsaqqalları” tərəfindən dolayısı ilə etiraf olunur. Əslində, bu, yeni plan da deyil. Hələ Dağlıq Qarabağ münaqişəsi yeni başlayanda erməni lobbisi öz mənfur arzusuna çatmaq üçün Bakını Beyruta, Azərbaycanı Livana çevirmək istəyirdi və bunu gizlətmirdi. Həmin qüvvələr və “sapı özümüzdən olan baltalar” 2003 və 2008-ci illərdə ciddi-cəhdlə buna çalışdılar. Lakin, o dövrdə Prezident İlham Əliyevin xalqla birliyinə və dəmir iradəsinə çırpılaraq, geri çəkildilər. Belələri 2013-cü ildə yeni bir məkrli plan quraraq, xarici dairələrin köməyi ilə “Milyarderlər İttifaqı” yaratdı və “aldanmış kəvakib”dən istifadə edərək, hakimiyyəti ələ keçirtməyə cəhd etdilər. Xoşbəxtlikdən hər dəfə də bu antimilli ünsürlər ölkə Prezidentinin dəmir iradəsi, onun sədaqətli silahdaşlarının yekdil mövqeyi və ən əsası, Azərbaycan xalqının keçilməz müqaviməti ilə üzləşərək necə gəlmişdilərsə, eləcə də rədd olub getdilər. Bu gün də onlar yatmayıb, sadəcə olaraq, qəfil yaxalandıqları üçün hazırlıqsızdırlar. Odur ki, güman qalıb onların daimi bacardıqları işə – xəyanətə, hiyləyə və bir də söyüşə. Bu dəfə “livanlaşdırma” termini də dəyişib və “suriyalaşdırma” ilə əvəz olunub.

Azərbaycan hakimiyyəti sosial şəbəkələrdə mövcuddur və orada fəaliyyət göstərir. 3 milyon əhalimiz şəbəkədə olduğu halda biz kənarda qala bilməzdik. Partiyamızın üzvləri, gənclər sosial şəbəkələrdən istifadə edir, cavablar verir, statuslar yazırlar. Onların bu fəaliyyətini bəzi qüvvələr “trollar” adlandırır və söyüşlər yağdırırlar”.

Əli Həsənov çıxışında qeyd edib ki, sosial şəbəkələrdə onu və ailəsini də söyüşə qərq ediblər.

www.yenicag.az

4880
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv