Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Əli Həsənova yeni vəzifə verildi

Reklam: High Technic

Baş nazirin sabiq müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Həsənov Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinə üzv qəbul edilib.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı modern.az-a icmanın İdarə Heyətinin üzvü, deputat Elman Məmmədov da təsdiqləyib. O qeyd edib ki, Əli Həsənovun İdarə Heyətinə üzv qəbul edilməsi ayın əvvəlində keçirilən iclasda təsdiq edilib:

“Ayın əvvəlində İdarə Heyətinin iclası çağırıldı. Həmin iclasda Əli Həsənov özü də iştirak edirdi və onun üzv qəbul edilməsi təsdiqləndi”.

“Əli Həsənov dövlətçilik, idarəçilik, rəhbərlik təcrübəsinə malik insandır. O, Yeni Azərbaycan Partiyasının da sədr müavinidir. Eyni zamanda, uzun illər müxtəlif sahələrdə uğurlu fəaliyyət göstərib. O, həmişə Heydər Əliyev siyasətinə sədaqəti ilə seçilib. Onun Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü seçilməsi icmanın işinin daha da fəallaşmasına köməkdir”, – Elman Məmmədov əlavə edib.

İcmadan modern.az-a verilən digər məlumatda isə Əli Həsənovun İdarə Heyətinə üzvlüyü məsələsinin dekabr ayının sonunda təsdiqlənəcəyi bildirilib:

“Hələlik bu, rəsmi məlumat deyil. Dağlıq Qarabağın Azərbaycanlı icmasının dekabrın sonunda üçüncü qurultayı keçiriləcək. Sözügedən məsələyə həmin qurultayda baxılacaq”.

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

1127
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
Margin

Seçki 2020
MARGIN-BOTTOM