Əli Həsənovun “Geosiyasət”i özbək dilində nəşr edildi

14779899162306846023_1000x669Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun “Geosiyasət” kitabı Daşkənddə özbək dilində çap edilib.

Yenicag.az xəbər verir ki, Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və AZƏRTAC-ın birgə layihəsi əsasında “Tamaddun” nəşriyyatında çap olunan kitabı orijinaldan alim və tərcüməçi Babaxan Məhəmməd Şərif tərcümə edib. Nəşrin redaktoru Leyla Xasanovadır.

Kitabda müxtəlif dövrləri və fərdi geosiyasi məktəbləri təmsil edən siyasətşünasların elmi nəzəriyyələri araşdırılır, qarşılıqlı şəkildə müqayisə olunur. Həmçinin orta əsrlərdən başlayaraq müasir dövrə qədər dünyada cərəyan edən əsas geosiyasi hadisələr, Planetin geosiyasi xarakteristikası, geosiyasi güc mərkəzləri və onlar arasındakı münasibətlər, qloballaşan dünyada geosiyasi məsələlərə yeni baxışlar, milli dövlət maraqları uğrunda mübarizə və yeni dünya nizamı ilə bağlı məsələlər təhlil olunur.