Əli Həziquliyev Aktual.az saytını aldı

Yenicag.az xəbər verir ki, 2014-cü ilin mart ayından fəaliyyət göstərən Aktual.az saytına yeni baş redaktor rəhbərlik edəcək.

Məlumata görə, bundan sonra Aktual.az-ın sahibi və baş redaktoru tanınmış jurnalist, 27 ildir mediada öz dəsti-xətti ilə seçilən Əli Həziquliyev olacaq. Bu illər ərzində Ə.Həziquliyev bir sıra media qurumlarına uğurla rəhbərlik edib. Uzun ilər “Elçi” qəzetinin rəhbəri olan Ə.Həziquliyev bundan sonra həm də peşəkar fəaliyyətini Aktual.az saytında davam etdirəcək. Məsələ ilə bağlı məlumatı Ə.Həziquliyev saytımıza təsdiqləyib. O bildirib ki, bir neçə saytın alınması barədə müzakirələr aparır. Həziquliyev qeyd edib ki, onun planında internet tv-nin yaradılması da var.

Qeyd edək ki, bu il Aktual.az saytının 5 yaşı tamam olur. Bu illər ərzində sayt fasiləsiz, uğurla fəaliyyət göstərib./Qaynarinfo/

COP29