!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əli İnsanov Azərbaycanı tərk edəcək?

!Reklam – Yazi

 

eli_in1Oktyabr həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov üçün kritik ay hesab olunur. O, 2005-ci il oktyabrın 20-də həbs edilib və 11 il müddətinə məhkum edilib. Onun bu cəzası 2016-cı il oktyabrın 20-də bitir. Azadlığa çıxacağı günləri sayan sabiq nazir avqustun 24-də 3 yeni cinayət maddəsi üz-üzə qaldı, barəsində yeni istintaq başladı.

İnsanov Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə yeni ittihamlarla üzləşib. Yeni qaldırlmış cinayət işinin istintaqını Qaradağ rayon Prokurorluğu aparır.

Bu isə onun 11 illik həbs müddətinin başa çatmasından sonra azadlığa çıxa bilməyəcəyi deməkdir. Amma bununla belə sabiq nazirin yeni cinayət maddələri ilə ittiham olunmasına rəğmən ə azadlığa qovuşacağı ilə bağlı müxtəlif fikirlər var. İddia olunur ki, İnsanov əvvəlki cəzası başa çatandan sonra yeni ittihamlar üzrə ya ev dustaqlığına buraxılacaq, ya da şərti cəza alacaq.

Bu cür iddialar da var ki, sabiq nazir azadlığa buraxılarsa, bu onun ölkəni birdəfəlik tərk etməsi müqabilində ola bilər. Onun yeni ittihamlar üzrə istintaq müddəti oktyabrın 23-dək nəzərdə tutulub. Sabiq dövlət məmurunun dərhal məhkəmə önünə çıxarılacağı, yaxud istintaq müddətinin uzadılacağı suallar doğurur. İnsanovun barəsində yeni ittihamlar irəli sürüləndən sonra sərgilədiyi mövqeyin, referendum və bununla bağlı müxalifətin keçirdiyi mitinqlərdə susqunluq nümayiş etdirməsinin onun işinə kömək edəcəyinə ümidlər yaradır.

Baş prokuror Zakir Qaralov sabiq nazir barəsindəki yeni ittihamlara münasibət bildirib. Virtualaz.org-un məlumatına görə, baş prokuror jurnalistlərə deyib ki, Əli İnsanov cinayət törətdiyi üçün barəsində yenidən cinayət işi başlanıb: “Başlanmış cinayət işi üzrə nə demək olar? Cinayət törətməsə, cinayət işi də başlana bilməz. Cinayət törədibsə, istintaq olunmalıdır”.

Hüquqşünas Müzəffər Baxış bildirdi ki, İnsanov barəsində yeni cinayət maddələri üzrə həbs qətimkan tədbiri seçilməsə, o, azad oluna bilər: “Onun həbs müddəti oktyabrın 20-də başa çatır. İndi problem ondan ibarətdir ki, ona qarşı yeni cinayət işi qaldırıblar. Amma onun barəsində hələ həbs qətimkan tədbiri seçilməyib. Əgər bu qərar seçilərsə, o cəza müddətinin başa çatmasına baxmayaraq, azad edilməyəcək. Onu məhz yeni cinayət maddələrinə görə 1 saylı Bakı İstintaq Təcridxanasına köçürüblər. Əgər cəza müddəti başa çatandan sonra onun barəsində yeni cinayət maddələri üzrə həbs qətimkan tədbiri seçilməsə, o zaman cəzaçəkmə müəssisəsindən azad oluna bilər. Onun barəsində həbs müddəti başa çatandan sonra, əgər həbs qətimkan tədbiri seçilərsə, artıq bunun zamanı hesablanacaq. İstintaq müddəti davam etdiyinə görə, həbs müddəti başa çatandan sonra onu azadlığa buraxmayacaqlar. İstintaq təcridxanasında saxlanılacaq və iş məhkəməyə göndəriləcək. Amma barəsindəki həbs qətimkan tədbirini digər qərarlarla əvəz etsələr, o zaman azadlığa çıxa bilər. Hesab edirəm ki, onun yaşını, səhhətini nəzərə alıb, yeni ittihamlar üzrə gələcəkdə məhkəmə olduqda, onun barəsində şərti cəza verilsə daha yaxşı olardı”.(Musavat)

www.yenicag.az

480
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv