Əli İnsanov və Əli Əliyev görüşdü – Partiya sədrləri nədən danışıblar? – FOTOLAR

Bu gün Haqq Ədalət Partiyasının (HƏP) qərargahında HƏP sədri Əli İnsanovla Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev arasında görüş keçirilıib.

Yenicag.az-a daxil olan məlumata əsasən, görüşdə HƏP Məclisinin sədri Zəlimxan Məmmədli ilə VİP sədrinin müavini Yuslif Vəliyev də iştirak edib.

Görüşün dördlü formatda baş tutan 1-ci hissəsində ölkədəki ictimai-siyasi və sosial-iqtisadi vəziyyət, partiyalaraarası münasibətlər, müxalifətdaxili durum və siyasi proseslərin mümkün inkişafı müzakirə olunub.

Daha sonra Əli İnsanov və Əli Əliyev müzakirələri təkbətək davam etdiriblər. HƏP və VİP sədrlərinin ikili söhbətində ölkənin ümumi vəziyyəti və partiyalararası əməkdışlıq imkanları dəyərləndirilib.

Müzakirələrin yekununda ikitərəfli məsləhətləşmələrin davam etdirilməsi razılaşdırılıb.