“Əli Kərimli birmənalı şəkildə Almaniyaya dəstək nümayiş etdirir”

 Almaniya Bundestaqı qondarma `erməni soyqırımı` ilə bağlı qətnaməni qəbul edib. 7News.az xarici KİV-ə istinadən xəbər verir ki, alman deputatlardan biri nəfər qətnamənin əleyhinə səs verib, bir deputat isə bitərəf olub. Qeyd edək ki, qətnamə “101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımının anılması” adlanır.

“Məsələ ölkəmizdə də birmənalı qarşılanmadı. Hər kəs bir ağızdan Almaniyanın Türkiyəyə qarşı ədalətsiz olduğunu deyir. Rəsmi dairələr, politoloqlar, vətəndaş cəmiyyətinin üzvləri birmənalı şəkildə Türkiyəyə dəstək bəyanatları verirlər”

Bu sözləri ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri, icmalçı Azər Verdiyev deyib. O, eyni zamanda, ölkə daxilində bəzi qüvvələrin Almaniyanı müdafiə etdiklərinə görə təəccübləndiyini dedi: “Mən bir şeyi başa düşmürəm. Heydər Əliyev də hər zaman qeyd edirdi ki, iqtidara, hər hansı ideologiyaya müxalif olmaq olar, ancaq xalqa, millətə, dövlətçiliyə müxalif olmaq xəyanətdir. Əli Kərimlinin diktator psixologiyası hər kəsə bəllidir. Oda bəllidir ki, onun fəaliyyəti xarici qrantlar hesabına qurulub. Almaniyanın Türkiyəyə qarşı etdiyi ədalətsizliyi ölkə gündəmindən çıxarmaq üçün Azadlıq qəzeti, Azadlıq radiosu, Meydan TV və Əli Kərimliyə aid bütün sosial şəbəkə resursları var gücü ilə çalışmaqdadır. Onlar gah 3-4 il əvvələ aid hadisələri paylaşırlar, gah da gündəmə dəyişmək üçün əlavə mövzular müzakirəyə çıxarırlar. Əli Kərimli isə birmənalı şəkildə Almaniyaya dəstək nümayiş etdirdi. Bu artıq millətə, millətçiliyə, türk dünyasına xəyanət deməkdir. Bu həm də onun hansı mənbələrdən maliyyələşdiyini göstərir”.

COP29