!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əli Kərimlinin bitməyən “Müsavatı bitirmə” oyunları... - AXCP sədri Oqtay Gülalıyevi Tofiq Yaqubluya niyə dəyişdi?

!Reklam – Yazi

Müxalif düşərgə yenidən xəyanət, təxribat, çirkli stul davası ilə sarsılıb.

Hakimiyyətin apardığı siyasəti, xüsusən də ölkə başçısının son aylarda həyata keçirdiyi bir sıra islahatları, demokratikləşmə prossesini, sağlam müxalifətlə əməkdaşlıq məsələsində bir sıra humanist addımları gözü götürməyən qaragüruh yenidən öz iyrənc oyununa start verib.

Qəza nəticəsində ağır yaralanan tanınmış hüquq müdafiəçisi, müxalifətin tanınmış simalarından və funksionerlərindən biri olan Oqtay Gülalıyevin müalicəsinin ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın öz nəzarətinə götürməsi radikal müxalifətin Əli Kərimlinin nəzarətində olan qanadında ciddi təşvişə səbəb olub. Belə ki, atdığı bir sıra addımlarla ölkədə vətəndaşların sosial durumlarının, hətta imkanı zəif olan vətəndaşlarımızın şəxsi problemlərinin həll olunması istiqamətində böyük işlər görən ölkənin birinci vitse-prezidentinin fəaliyyətinə kölgə salmaq üçün Əli Kərimlinin göstərişi ilə iyrənc qaralama kampaniyası başlanıb.

Əli Kərimli öz iyrənc məqsədlərinə nail olmaq üçün bütün yollara əl atmaqdadır. Hətta Mehriban Əliyevanın göstərişi ilə müalicəsi və ailəsinin ehtiyacları dövlət tərəfindən qarşılanan, eyni düşərgədə olduğu, dost dediyi Oqtay Gülaliyevin xəstəliyindən belə öz qara məqsədləri üçün istifadə edir. Bu yolda hətta Azərbaycanın düşmənləri ilə belə əməkdaşlığa girən Kərimli və yaxın ətrafı ölkəmizin imicini ləkələməkdə davam edir.

Aparılan media araşdırması və sosial şəbəkə monitorinqinin nəticəsində məlum olub ki, düşmən erməni KİV-lərindəki Azərbaycan haqda həqiqətə uyğun olmayan məlumat, xəbər, informasiya və fotoşəkillərin demək olar ki, hamısı Əli Kərimlinin adamları tərəfindən erməni jurnalistlərinə ötürülür. Daha sonra biz bu tip yalan xəbərləri Ermənistanın aparıcı media orqanlarının lentində və səhifələrində görürük. Ermənilər ölkəmiz haqda yaydlqları yalan xəbərləri həmişə Əli Kərimli və müxalifət funksioneri kimi cəmiyyətə soxuşdurulmuş əlaltılarına istinad edərək onlara həqiqət donu geyindirməyə çalışırlar.

Bundan əlavə, Əli Kərimlinin istənilən vaxt ən yaxın adamına xəyanət edə biləcəyi keçmişinə nəzər salındıqda daha aydın görünür. 2000-ci ildə Azərbaycanın eks-prezidenti, Milli Azadlıq Hərəkatının lideri, AXCP sədri Əbülfəz Elçibəy Türkiyədə müalicədə olduğu vaxt onun əleyhinə AXCP-nin öz mətbu orqanının səhifələrində qaralama kampaniyasını da o vaxtlar məhz Əli Kərimli təşkil etmişdi. Hətta Elçibəyin ölüm xəbərini əsl bayram kimi qeyd edən Kərimi üçün həyatda ən müqəddəs şey öz maraqlarıdır. Bu bir insanın enə biləcəyi ən aşağı səviyyədir və edə biləcəyi ən böyük xəyanətdir. Siyasətdə, həyatda ona atalıq etmiş bir şəxsə qarşı belə alçaqlığı heç erməni də bacarmaz. Nəzərə alsaq ki, Əbülfəz Elçibəy olmasa Əli Kərimli adında şəxsi Azərbaycan cəmiyyəti heç vaxt tanımazdı, onda bu subyektin nə qədər qara niyyətli və alçaq xislətli biri olduğunu anlamış olarıq.

Həm də Əli Kərimlinin sağqlmaz bir Müsavat xəstəliyi də var ki, illərdir davam edir. İsa Qəmbəri yıxa bilməyən Kərimli hazırda Tofiq Yaqublu ilə Arif Hacılını devirmək istəyir. Yəni, hər kəs onu iqtidarla mübarizə aparır sanarkən, AXCP sədrinin dərdi Müsavatı bitirməkdir. Oqtay Gülalıyevlə KXCP-ni bitirmək istəyərkən, Yaqublu ilə də Müsavatda çevrilişə cəhd edir.

Xislətində xəyanət və satqınlıq olanların xəstəliyi isə heç vaxt düzəlmir, axı bu xislət məsələsidir və genetik xarakter daşıyır…

www.yenicag.az

992
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv