!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əli Kərimlinin əmisi oğlu barəsində cinayət işi başlanıb

!Reklam – Yazi

1f2f29b99bcccc13d0c676fceb927341Baş prokurorluq Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin qohumu olan İnqilab Kərimov barəsində cinayət işi başlayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, 7 yanvar 2016-cı il tarixdə Fransada məskunlaşmış Azərbaycan vətəndaşı Kərimov İnqlab Qüdrət oğlunun “Facebook” sosial şəbəkəsinin özünə məxsus səhifəsində və kütləvi informasiya vasitələrində paylaşdığı fotoşəkildə odlu silahı – tapançanı nümayiş etdirərək ayrı-ayrı Azərbaycan vətəndaşlarını onların həyatları üçün real zorakılığı özündə əks etdirən öldürməklə hədələmə məzmunlu şərhlər yayması, eləcə də “İŞİD” terror təşkilatının Azərbaycan Respublikasında terrorçuluq fəaliyyətinə açıq çağırışlar etməsi hərəkətlərində cinayət əməllərinin əlamətlərinin mövcudluğuna əsaslı şübhələr olduğundan Baş Prokurorluqda həmin faktlar üzrə Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və 214-2-ci (Terroçuluğa açıq çağırışlar) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə, İ.Kərimov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilib.(APA)

www.yenicag.az

552
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv