!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əli Kərimlinin “mübarizə”sinin məqsədi

!Reklam – Yazi

Əli Kərimli və “komanda”sının son fəaliyyətləri bir daha göstərdi ki, Azərbaycana yeni müxalifət lazımdı. Özü də hava-su kimi. 30 ildən çoxdur ancaq bir taktika bilən bu qrup artıq dalana dirənib. Önündə aşılması mümkün olmayan sədlər olduğunu yaxşı bilsə də, yenə də “Sizif əməyi”ni davam etdirir. Çünki bildikləri, anladıqları ancaq bunlardır. Dünyanın gərdişini öyrənib yeniliklərdən bəhrələnməyi isə heç düşünmürlər. Yaxşı bilirlər ki, yeniləşsələr qurduqları müxalif sistem dağılacaq. Onlara gözünü dikən elektorat üzünü başqa ünvanlara tutacaq.

Həyat və yaradıcılıqlarını ancaq müxalifətdə görənlər, hər şeyə müxalif olanlar Azərbaycana nə qədər faydalı olublar? Problemlərin həllini ancaq dağıdıcı inqilabi yoldan başqa nələr təklif ediblər? Keçmişlərinə baxanda ciddi heç nə görünmür. Mitinq, dağıtmaq, xarici ölkələrdən özlərinə havadar axtarmaq, dövləti şikayət etmək və daima şikayətlənmək ənənəvi müxalifətin, xüsusilə də Əli Kərimlinin xislətidir.

Azərbaycana həqiqətən də faydalı ola biləcək müxalifət nümunəsini. Qismən Real partiyası qoyur. Sadəcə tənqid etməklə yox, əməli işlə də. Ötən ilin sonlarında Real-çıların həyata keçirdiyi qırx min imza kampaniyası buna nümunədir. Konstitusiyanın verdiyi hüquqdan istifadə edərək həllini istədikləri problemlərin Milli Məclisdə müzakirəsinə nail olmaq üçün bütün imkanlarını səfərbər etdilər. Minlərlə insanla təmasda olub sivil qaydada təbliğatlarını apardılar, insanları problemlərlə bağlı maarifləndirdilər. Özlərinin də etiraf etdiyi kimi imzatoplama kampaniyasında onlara mane olan olmadı. Nəhayət imzalar toplanıb Milli Məclisə təqdim edildikdən sonra aydın oldu ki, ölkənin qərarverici orqanın Anayasanın verdiyi hüququn işləmə mexanizmi yoxdu. Beləcə Real partiyasının sivil, faydalı addımı rəsmi qurumda olan çatışmazlığı da üzə çıxartdı. Toplanan imzalar Milli Məclisdə müzakirəyə çıxmasa da, cəmiyyətdə müzakirələrə səbəb oldu. Qaldırılan iki məsələ üzrə dövlətin birinci şəxsindən belə reaksiya gəldi, addımlar atıldı. Problemli kreditlər məsələsi əsaslı şəkildə həll olundu, ödənişli əsaslarla təhsil alan tələbələrin təhsil haqqı azaldıldı.

Əli Kərimli və dəstəsi üçün isə belə müxalifət modeli qəbul olunmazdı. Çünki cəmiyyət aydın görür ki, hakimiyyət və dövlət heç də təkliflərə, tənqidlərə qapalı deyil. Sadəcə o təklifin, tənqidin hansı şəkildə edilməsi önəmlidir. Qara-qışqırıq, dağıdıcılıqla, söyüşlərlə hökuməti nələrəsə vadar etmək mümkün deyil. Bunu çox yaxşı dərk edən Kərimli REAL-ı dəstəsi vasitəsilə vurmağa çalışır. Onları satqın, hakimiyyətə işləməkdə suçlayır. Cəmiyyətə qəbul etdirmək istəyir ki, müxalifət ancaq mənəm. Başqa cür müxalifət olmaq olmaz. Məhz belə davranmaq lazımdı. Hakimiyyətin hansısa addımını təqdir edən, söyüş, təhdid diliylə danışmayanlar satqındırlar.

Əslində son zamanlar Əli Kərimlini daha çox radikallaşdıran hakimiyyət davası, insan haqları, sosial problemlər deyil, məhz REAL-ın sivil müxalifət olaraq önə keçməsi, həm ölkə daxilində, həm də beynəlxalq arenada daha çox REAL-ın müxalifət olaraq qəbul edilməsidir. Bir müxalifət lideri olaraq karyerasının sonunun yaxınlaşdığını hiss edən Əli Kərimli reallığı qəbul etməkdə çətinlik çəkir. Ona görə də əslində Əli Kərimli icazəsiz aksiyalarla, polis zorakılığı, siyasi məhbuslar və insan haqları ilə bağlı əcnəbi təşkilatlara, xarici ölkə səfirliklərinə yanlış məlumat ötürməklə özünün Azərbaycanda ana müxalifət olduğunu sübut etməyə cəhd edir. Nəzarətində olan sosial media resurslarında isə İlqar Məmmədov və digər REAL-çıları hakimiyyətə satılmaqda ittiham etməklə ölkə daxilində onun tərəfdarlarına təsir etməyə, beynəlxalq qurumları isə Azərbaycanda tək müxalifət olduğuna inandırmağa çalışır.

Məhz bu cür mübarizə üsuluna görə, vaxtilə Əli Kərimlinin yanında olan, ona inanan şəxslər necə bir bataqlıqda olduğunu dərk edərək oranı tərk edirlər. Həmin şəxslər müxalif düşüncədə qalsalar da, Kərimli və dəstəsi onları belə rahat buraxmır. İmkan düşdükcə haqlarında iftiralar yaymağa, gözdən salmağa başlayırlar. Çünki bilirlər ki, həmin adamlar cəbhəçi düşüncəsindən uzaqlaşdıqca Əli Kərimlinin müxalifətçilik anlayışına qarşı olacaqlar.

O cümlədən artıq beynəlxalq qurumlar və Qərb və Avropa ölkələri də Əli Kərimlinin mübarizə metodlarını qəbul etmir və daha ona inanmırlar. Əli Kərimlinin Avropa Birliyinin Azərbaycandakı səfiri ilə görüşündə də Kestutis Yankauskasun 19 oktyabr aksiyasının dağıdılmasında polis zorakılığının olması faktına şübhə ilə yanaşması və bunun araşdırılmalı məsələ olduğunu söyləməsi buna sübutdur. Artıq Əli Kərimli də dərk edir ki, Avropa və Qərb üçün o, sadəcə Azərbaycan daxilində hakimiyyətə təzyiq üçün bir vasitəyə çevrilib. Bunu AXCP sədri də başa düşür və ona görə də, icazəsiz aksiyalarla, daxildə qarışıqlıq salmağa cəhd edərək ətrafındakı şəslərin həbsinə nail olmaqla özünün ana müxalifət obrazını qaytarmağa çalışır./Repost.az/

www.yenicag.az

1652
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv