Müğənni Əli Mirəliyev qalmaqallı açıqlaması ilə gündəmi bir-birinə vurub. Rəqqasə Simona Amir və onun rəfiqələri ilə gecə klubunda yayılan səmimi fotolarına görə qınaq atəşinə tutulan müğənni bu dəfə də sərt danışıb.
Yenicag.az-a açıqlama verən müğənni burda ayıb iş görmədiyini deyib:
“Mənə nolub, bəyəm gözəllərlə görüşə bilmərəm? Yüz cavan oğlana 9 yox e, 19 qoyaram. Bir də ki, kişinin kişilərlə gecə klubunda fotolarının yayılması ayıb iş olardı. Mənim gecə klubunda kişilərlə gizlin fotolarım yayılmayıb ki? Kişinin xanımlarla fotosunun yayılması problem deyil. Güya kişidir, amma gecə klubunda kişilərlə görüşür. Buların dərdin neyləyək? Bir də ki, o gözəllər özləri mənimlə fotolarını yayıblar. Mən neyləyim ki, gözəllər məni belə çox istəyir?”
Qeyd edək ki, fotoları Simona şəxsi İnstagram hesabında paylaşıb.
Cəvahir