Prodüser Toliklə (Tarix Əliyev) Əli Mirəliyev arasında qalmaqal yaşanıb. Belə ki, Tolikin verilişlərin birində dediyi “mərhum xalq artisti İlhamə Quliyeva sağlığında Əli Mirəliyevi evinə qoymurdu” açıqlaması qarşı tərəfi özündən çıxardıb.
Yenicag.az-a açıqlama verən Əli Mirəliyev Tolikin cavabını verib:
“İlhamə keçinəndə orda mən onun yaxın qohumları ilə bərabər olmuşdum. İlhamə məni evinə qoymurdusa, orda nə gəzirdim? Adama deyərlər ay Tolik, sən hardaydın onda? O mənim həyat yoldaşımın bibisi qızıdır, biz hələ köhnə məhəllədə yaşayanda onlara gedib-gəlmişik. Qızım 10 il İlhamənin qulluğunda durub. Bilirəm Tolik bu sözləri niyə deyib. Vaxtilə Flora Kərimovanın üstündə İlhaməylə söz-söhbətimiz olub. Mən ona deyirdim ki, Flora xanım sənətkardır, niyə bunu efirdə etiraf etmirsən? Əsəbiləşirdi ki, elə demə, mənim ondan zəhləm gedir. Hətta ona dedim ki, gəl, sizi barışdırım. Buna görə, çox əsəbiləşdi və aramız dəydi. O hadisədən sonra, Tolikin ad günündə İlhamə qışqıra-qışqıra dedi ki, mənim Əli adlı qohumum yoxdur. Bunu da mənim acığıma deyib ha! Bunu sonra mənə dedilər. Tolik də həmin ifadəni yadında saxlayib, hər yerdə deyir ki, guya İlhamənin məndən zəhləsi gedib, evinə buraxmayıb. Amma məhz mənim sözümdən sonra İlhamə yumşaldı, efirdə Flora Kərimova barədə danışdı. Dedi ki, ondan acığım gəlsə də, Flora sənətkardır”.
Cəvahir