“Çox xeyirxah insan idi, son qəpiyini belə verməyə hazır idi”.
Bu sözləri tanınmış müğənni Əli Mirəliyev 74 yaşında koronavirusdan dünyasını dəyişən mərhum Xalq artisti Səməd Səmədovun doğum günü ilə bağlı xatirələrini bölüşərkən Yenicag.az-a açıqlamasında deyib.
O, sənət dostunun yoxluğu ilə barışmadığını bildirib:
“Bu gün Səmədin yeri çox görünür. Heyf, qəfil ölümün qurbanı oldu. Nə vaxtsa ağlıma da gəlməzdi ki onun barəsində xatirələrimi danışacağam. Əvəzsiz dost idi, heç vaxt üzümə qayıtmazdı. Bilirdi ki, deyilənlər şou xatirinə deyilən sözlərdir, mən onu çox istəyirəm. Həm də mədəni insan idi. Mənə gülə-gülə deyirdi ki, Əli, məni tez-tez danla, onda toylarımın sayı artır. Sən məni danlamasan, toylarım azalacaq. Toyları da artdı, Xalq artisti fəxri adını da aldı, halal xoşu olsun. Bu gün Səməd üçün çox darıxıram. Yuxuma da girir. Deyirəm, darıxma. Az qalıb, gələcəyəm yanına. Kaş ki, sağ olaydı, yenə çıxıb efirə zarafatla həmin sözləri mənə deyəydi”.
Cəvahir