!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əli Mirəliyev tərəfindən döyülən müğənnidən İNANILMAZ CAVAB: “Onlardan uzaq gəzirəm”

!Reklam – Yazi

Əli Mirəliyevin bir neçə il əvvəl “Maşın” şouda gənc həmkarı Nurlan Növrəslini döyməsi ilə bağlı yayılan xəbərə qarşı tərəfin münasibəti gözlənilməz olub.

Yenicag.az-a açıqlama verən müğənni Nurlan Növrəsli yaşlı həmkarının açıqlamasından qətiyyən təmkinini pozmayıb:

“Bu söhbət bir neçə il əvvəl baş verib. Çoxdan olmuş bir hadisə barədə danışmaq istəmirəm. Mən yalnız yaradıcılığımla bağlı sualları cavablandıra bilərəm. Ümümiyyətlə, jurnalistlərdən uzaq gəzirəm, çünki onlar dediyim fikirləri çox vaxt təhrif edirlər”.

Qeyd edək ki, Ə.Mirəliyev “Maşın” şouda iştirak etdiyi zaman Nurlan Növrəsli ilə qalmaqal yaşadığını deyib: “Onun xətrini çox istəyirdim, gözləmədiyim halda, gəldi ki, “Əli müəllim, sizi şoudan uzaqlaşdırmaq istəyirəm”. Soruşdum səbəbini, dedi ki, “siz təmiz insansınız, bu iyrəncliklərə layiq deyilsiniz”. Dedim, “alə, lazımdırsa, özün rədd ol get, mən sənin atan yerindəyəm, nə haqla məni şoudan çıxarırsan?” Efirdən sonra qaldığımız oteldə onu döydüm, çünki bərk əsəbləşmişdim. Sonradan öyrəndim ki, mənə qarşı bu hərəkətinə görə dayısı da onu döyübmüş. İndi münasibətimiz yaxşıdır, görəndə öpüb-qucaqlayır”.
Cəvahir Səlimqızı

Yenicag.az

www.yenicag.az

975
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv